Dünya futbolu
Conson Reşfordu “Real”a “göndərir”
“Mançester Yunayted”lə müqaviləsi yayda bitəcək Markus Reşford yeni müqavilə imzalamaq niyyətində deyil. O, klubdan azad agent kimi ayrılmaq üçün yeni təklifdən imtina edib.
Futbolinfo.az xəbər verir ki, PSJ-nin maraqlandığı oyunçu digər klubların da diqqət mərkəzindədir. Amma parislilərin təklifi cəlbedici olduğundan İngiltərə millisinin üzvü Fransaya köçməyə daha yaxın görünür.
Bu arada İngiltərə millisinin üzvü Qlen Conson Markusa məsləhət verməyə çalışıb. O, futbolçunun Madridə getməsini daha məqsədəuyğun sayır: “Reşforda heyranam, onu çox bəyənirəm. Hər şey qaydasında olsa, kimsə onu dayandıra bilməz. Yetər ki, problemi olmasın, yalnız futbolu düşünsün. Onun yerinə olsam, “Real”a keçməyə çalışıardım. Kərim Benzema karyerasını bitirmək üzrədir, Madrid klubunun hücum xəttində ciddi boşluq yaranacaq. Həmin boşluğu bəhz Reşford doldura bilər”.
Conson “Real”ın Markusa diqqət göstərəcəyinə əmindir: “Reşfordun potensialı “Real”da oynamağa yetər. “Mançester Yunayted” də böyük klubdur, amma kimsə madridlilərdən imtina edib başqasıyla müqavilə bağlamaz”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi