Dünya futbolu
Dadaşov “Vulverhempton”u məğlubiyyətdən xilas etdi
Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Birmingem”in U-23 kollektivi ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Komandasının ikinci qolunu da Renat vurub. Millimizin forvardı 75-ci dəqiqədə vurduğu qolla “Vulverhempton”u məğlubiyyətdən xilas edib və yekun nəticəni müəyyənləşdirib.
H qrupunda yer alan və keçirdiyi 4 oyuna 8 xal toplayan “Vulverhempton” birinci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”