Digər idman növləri
Daha bir taekvondoçumuz DÇ-də mübarizəyə başlayır
Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə start verəcək.
Futbolinfo.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan Eltac Qafarov mundialda yarışa qoşulacaq.
Turnirə təsnifat mərhələsindən başlayacaq Qafarovun ilk rəqibi Çin Taypeyindən Çenqçi Vey olacaq.
Xatırladaq ki, Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Artıq 3 idmançımız çıxışını başa vurub. Cavad Ağayev (68kq) bürünc medal qazanıbsa, Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) mübarizəni erkən dayandırıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”