Dünya futbolu
Dalot “Real”ın hədəfində
“Mançester Yunayted”in müdafiəçisi Dieqo Dalot İspaniyaya köçə bilər. Portuqaliyali cinah müdafiəçisinin La Liqada oynamaq şansı yaranıb.
Futbolinfo.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti əvvəlki formasından uzaq olan və tez-tez zədələnən Dani Karvahalın mövqeyində onu görmək istəyir. 23 yaşlı oyunçunun İngiltərə klubu ilə müqaviləsini uzatmaması da madridliləri bu transferə həvəsləndirib.
“Mançester Yunayted”lə müqaviləsi 2024-cü ilin yayında bitəcək müdafiəçi yeni anlaşma imzalamamaqla satışına şərait yaradır. İngilislər sonradan onu azad egent kimi itirməmək üçün yayda satması real görünür.