Dünya futbolu
Danjuma İngiltərəyə qayıdır
“Vilyarrel” Arnaut Danjumanı satmağa hazırdır. İspaniya təmsilçisi hücumçusunu istəyən klubların elə bu yanvarda istəyinə çata bilməsinə şərait yaradacaq.
Futbolinfo.az xəbər verir ki, bir sıra Avropa klubunun hədəfində olan forvard klubdan ayrılmaq üçün yayı gözləmək niyyətində deyil. “Sarı sualtı qayıq”la elə indi vidalaşmaq niyyətində olan Arnaut klub rəhbərliyinə istəyini çatdırıb.
Nigeriya əsilli hollandiyalı İngiltərə klublarından aldığı təkliflərdən birini dəyərləndirmək niyyətindədir. 25 yaşlı oyunçu 2021-ci ilin yayında gəldiyi İspaniyada qalmaq istəmir. “Bornmut”dan gələn futbolçu bu dəfə daha iddialı bir klubun formasını geyməyi arzulayır.
“Arsenal”ın transfer hədəfində olan futbolçunun “Vilyarreal”la 2026-cı ilin yayınadək müqaviləsi var. İspan klubuna 15 milyon avroya gələn futbolçunun indiki bazar dəyəri 35 milyon olaraq qiymətləndirilir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO