Dünya futbolu
Dibala yenə klub dəyişir
Yay transfer dönəmində ciddi şəkildə güclənməyi düşünən “Mançester Yunayted”in indi də “Roma”nın futbolçusuna müştəri düşdüyü bəlli olub. İngiltərə klubu “canavarlar”ın argentinalı yarımmüdafiəçisi Raulo Dibalanı heyətinə qatmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, ötən yay “Yuventus”u azad agent kimi tərk edərək İtaliya paytaxtına daşınan Dibala “Roma”nın iddialarının böyük olmamasından narazıdır. Bu üzdən o, daha iddialı klub axtarır və “Qırmızı şeytanlar” tələblərinə cavab verir.
İngilislərin marağı ciddi olsa, argentinalını almaq çətin olmayacaq. Çünki futbolçunun müqaviləsində 12 milyon avro qarşılığında sərbəstqalma maddəsi var. Bu bənd yalnız İtaliya klublarına aid deyil. Deməli, “Mançester Yunayted” istəyərsə, Dibalanı transfer edə bilər.
29 yaşlı oyunçunun “Roma” ilə 3 illik müqavilə bağladığını da xatırladaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”