Dünya futbolu
Donetsk “Şaxtyor”u daha bir legionerini satdı
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun müdafiəçisi Dodonu transfer edib.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Braziliyadan olan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Florensiya təmsilçisi bu keçidə görə Ukrayna klubuna 14.5 milyon avro təzminat ödəyib. Müdafiəçi yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Dodo “Koritiba”nın yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. Sağ cinah müdafiəçisi 2018-ci ildən “Şaxtyor”da forma geyinirdi. O, 2018/19 mövsümündə “Vitoriya Gimaraynş”da icarədə də oynayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…