Dünya futbolu
Dortmund “Borussiya”sına 4 qol vurdu, tarixə keçdi
Futbol üzrə Almaniya Bundesliqasında 2019/20 mövsümünün sonuncu turunda gümüş medalları təmin edən Dortmund “Borussiya”sı doğma meydanda “Hoffenhaym”a 0:4 hesabıyla məğlub olub.
Futbolinfo.az xəbər verir ki, qonaq komandanın bütün qollarını Andrey Kramariç vurub. Bununla da xorvatiyalı futbolçu klubunun tarixinə keçib. Belə ki, “Hoffenhaym”ın tarixində Bundesliqada bir oyunda pokerə imza atan futbolçu olmamışdı. O, həm də Dortmund “Borussiya”sına bu komandanın meydanında 4 qol vuran ilk futbolçu ünvanını əldə edib.
Qeyd edək ki, bu nəticənin ardından lider “Bavariya”dan 13 xal geridə qalan “Borussiya” mövsümü 69 xalla ikinci sırada bitirdi. “Hoffenhaym” isə 52 xalla 6-cı oldu və Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub