Dünya futbolu
“El Klasiko”nun vaxtı açıqlandı
Futbol üzrə İspaniya La Liqasının 29 və 30-cu turun proqramı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, 30-cu tur çərçivəsində keçiriləcək “Real” – “Barselona” matçının da vaxtı müəyyənləşib.
“El Klasiko” aprelin 10-da baş tutacaq. Paytaxt Madriddə keçiriləcək qarşılaşmaya yerli vaxtla saat 21:00-da start veriləcək.
Qeyd edək ki, mövsümün ilk “El Klasiko”sunda “Real” 3:1 hesabıyla qalib gəlib.
Yeri gəlmişkən, “Real Sosyedad” və “Atletik” komandaları arasında keçirilməli olan İspaniya Kubokunun final matçı ilə də bağlı yekun qərar verilib. 2019/20 mövsümündə koronavirus pandemiyası səbəbindən təxirə salınan bu matç aprelin 4-də Sevilyadakı Olimpiya stadionunda baş tutacaq.
İspaniya Futbol Federasiyasından verilən məlumata görə, final matçına azarkeş buraxılmayacaq. Həlledici oyunun boş tribunalar önündə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, İspaniya Kubokunda 2020/21 mövsümünün final matçında da “Barselona” və “Atletik” komandaları qarşılaşacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?