Bizi izləyin

Ölkə futbolu

Elxan Məmmədovun müharibə “təbliğat”ı

blank
blank

Elxan Məmmədov zühur edib. Aylardı izi-tozu görünməyən, Vətən mühaibəsi zamanı çıraqla axtarılarkən də tapılmayan AFFA-nın icraçı vitse-prezidenti yenə fotosessiyalara başlayıb.

Üzə çıxmağın 2 səbəbi ola bilər.

Birincisi, AFFA-nın fəaliyyətindən kəskin narazılığa görə özünü guya işləyirmiş kimi göstərir, ölkə reallıqlarına uyğun kampaniya aparıb, korlanmış imicini təmizləmək istəyir.

İkincisi, yanacağın qiymət artımından sonra SOCAR-ın büdcəsinə gələcək əlavə milyonların qoxusunu alıb, yeni layihələrlə talama missiyasını davam etdirmək, biznesini genişləndirmək niyyətindədi.

Hər iki halda niyyət xarabdı. 14 ildi Azərbaycan futbolunun tarixdəki ən biabırçı duruma düşməsinin səbəbkarı olan bu şəxs yenə manevr edir. Ermənilərin qrup birincisi olduğu tsikldə Azərbaycan yığmasının autsayder olmasının hesabatını vermək əvəzinə, yalanşı şoular düzəldir. Ən pisi odur ki, bunun üçün Vətən müharibəsindən istifadə edir.

AFFA maraqlı bir statistika paylaşıb. Xəbərə inansaq, 44 günlük Qarabağ savaşında 190 futbolçu, 1 məşqçi şəhid olub. Şəhidlərin ən gənci 2002-ci il, ən yaşlı olanı isə 1982-ci il təvəllüdlüdür.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, sonsuz minnətdarlığımızı bildiririk. Peşəsindən asılı olmayaraq, hamısı qürur mənbəyimizdi. Lakin AFFA-nın manipulyasiyasına da göz yuma, şəhidləri hansısa siyahılarına salmalarına, ruhlarını incitmələrinə seyrçi qala bilmərik.

Rəsmi açıqlamada bu şəxslərin AFFA-nın Qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş şəxslər olduğu vurğulanıb. Görünür, az qala Azərbaycanın əhalisinin yarısını qeydiyyata salıb, yalançı siyahı formalaşdıran AFFA-nın məqsədi də elə bu imiş. Qurumun mənasız topçiləmə festivallarında 2-3 dəfə topa toxunanlardan tutmuş məktəblərdə idman dərslərinə qatılanlara kimi hamını qeydiyyata alan AFFA öz məqsədi üçün belə çıxarışlar edir.

Ölkədə futbolun kütləviliyini göstərmək istəyənlər kimsəni yanıltmasın – cəmi 13 peşəkar klubumuz var. Bu səbəbdən guya 212 min adamın futbol ailəsində qeydiyyata alınması yalnız ictimaiyyəti aldatmaqdı, şişirtmədi.

8 Premyer Liqa, 5 divizion klubumuz mövcuddu, onların da heç birinin hansısa oyunçusu müharibədə iştirak etməyib. Uşaq liqalarında çıxış edənlərin isə yaşı döyüş iştirakçısı olmağa yetmir. Yalnız Region Liqasında həvəskar səviyyədə oynayan, eləcə də vaxtilə əvəzedici komandalarda çıxış etmiş, lakin karyerasını müxtəlif səbəblərdən erkən bitirmiş bir neçə nəfərin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etdiyini bilirik.

Deməli, AFFA həmin 190 şəhidimizin adından öz məqsədləri üçün istifadə edir. Şəhidlər bir ömür boyu borclu olduğumuz insanlardı. Nəvaxtsa kiminsə adı hansısa səbəbdən AFFA-nın siyahılarına düşübsə, indi bunu kimlərsə özləri üçün reklam imkanına çevirməməlidi. Sağlıqlarında bir gün ağlamadığınız, əksinə, həyatlarını məhv edib, taleyin ümidinə buraxdığınız insanların müqəddəs ruhlarını incitməyin.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Vətəni, şəhidləri düşündüyünü indi yox, 44 günlük savaş zamanı göstərməliydi. Amma nə bir təşəbbüs gördük, nə də hansısa açıqlama. Əksinə, SOCAR-ın milyonlarını xərclədib milli komandaya gətirdiyi Eddi İsrafilov kimi milliləşənlər “erməni dostlarımızın xətrinə dəyə bilmərik” deyib, hətta informasiya döyüşünə də töhfə vermədilər.

Məmmədov Vətən müharibəsinin iştirakçısı, Kütləvi futbol departamentinin əməkdaşı Orxan Mikayıllı ilə AFFA-nın inzibati binasında görüşüb, fotolarını rəsmi sayta yerləşdirib. Müharibədə zabit kimi iştirak etmiş Mahal Məmmədov da torpaqlarımızın işğaldan azad olunmasında əziyyət çəkib. Maraqlıdı, vitse-prezident niyə digər əməkdaşı yada salmayıb? Yoxsa bir neçə ay əvvəl şərt qoyaraq işdən çıxardığı Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin işçisinə qarşı etdiyi haqsızlığın xəcalətini çəkir? Axı, “iki işdən birini seçməlisən” tələbini Elxan bəy dost-tanışına yox, yalnız zəhmətiylə yaşayan, Vətənin dar günündə silaha sarılan Mahala şamil etmişdi. Yoxsa cənab zabit fədakarlığı ilə baş katibi utandırıb?

Elxan bəy, fotosessiya edirsizsə, görüşməli olduğunuz birinci adam Fariz Nəcəfovdu. Siz bağ evinizdə top çiləyərkən “Qəbələ”nin prezidenti ən qaynar nöqtələrdə döyüş topu ilə düşmən qırırdı. İlk gündən döyüşdü və heç kimdən təşəkkür gözləmədən sakitcə işinin başına döndü, müharibədən öncə prezidentin çağırışı zamanı könüllü yazılanar siyahısına adını qeyd etdirməklə yalançı vətənpərvərlik edən dostunuz, şərikiniz, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev kimi döyüşlər başlayandan sonra özünü tapşırtdırmadı.

Ümumiyyətlə, Elxan Məmmədovun hansısa müharibə iştirakçısı ilə hətta yanaşı dayanmağa mənəvi haqqı varmı? 28 yaşında AFFA-nın baş katibi postuna yiyələnən, layiq olmadığı hər cür dəstəyi görən bu şəxs hətta hərbi xidmətdə olmayıb. Nə təhsili dövlət çağırışından yayınmağa imkan verir, nə vəzifəsi, nə sağlamlığı. Bəlkə də Məmmədovun hərbi biletinə “yararsız” yazılıb, bəlkə də ən yaxın dostu, sirdaşı “Mamed”in atası, Qərargah rəisi Nəcməddin Sadıkovun sayəsində adı hansısa hərbi hissədə qeydiyyatda olub. Dəqiq olan odur ki, Məmmədovun vizit vərəqində hərbi xidmətdə olduğu dövr sayıla biləcək “boş illər” yoxdu. Fərari olub-olmadığı araşdırılması lazım ikən o, müharibə qəhrəmanı Orxan Mikayıllı ilə yanaşı dayana bilərmi?

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm