Dünya futbolu
Ernan Krespo Braziliya klubunda – RƏSMİ
Bir neçə gün öncə Argentinanın “Defensa və Xustisiya” klubundan ayrılan Ernan Kresponun yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bundan sonra Braziliyanın “San Paulo” komandasını çalışdıracaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Argentinalı məşqçi bu vəzifədə fevralın 1-də istefaya göndərilmiş Fernando Dinizi əvəzləyib.
Qeyd edək ki, Ernan Krespo daha əvvəl İtaliyada “Parma” və “Modena”, həmçinin ölkəsində “Banfild”in gənclər komandasına da başçılıq edib.
“San Paulo” Braziliya çempionatında lider “İnternasional”dan 7 xal geri qalır və hazırda 4-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”