Müsahibə
Ervin Koffi: “Yaxşı şeylər edəcəyik”

“Neftçi”nin müdafiəşisi Ervin Koffinin futbolinfo.az saytına müsahibəsi
– Son matçda “Sabah”la heç-heçə etdiniz. Nəticəni yaxşı sayırsan?
– Çox çətin oldu. Çünki rəqib yaxşı komanda idi. Bizim üçün ilk hissə yaxşı keçmədi. Amma ikinci hissədə öz oyunumu ortaya qoya bildik.
– “Neftçi” mövsümə heç də yaxşı başlamayıb. Hələ ki, komanda qələbə qazana bilməyib…
– Hər üç gündən bir meydana çıxmaq çətin idi. Bunu mövsümün startında etmək daha çətindir. Çünki hazırlıqdan sonra oynamağa başlayırsan və bu, ağır qrafikdə olur. Amma biz bilirik ki, daha yaxşısını bacararıq.
– “Neftçi” çempionluq mübarizəsində ola biləcək?
– Bunu bilmirəm, amma biz hər gün daha çox çalışırıq. Düşünürəm ki, liqada yaxşı şeylər edəcəyik.
– Azərbaycana və yeni klubuna adaptasiya ola bilmisən?
– Yavaş-yavaş bura öyrəşirəm. Hər şeyi dəyişib tez uyğunlaşmaq çətindir. Amma bunun üçün əlimdən gələni edirəm.
– Burada uğurlu ola biləcəksən?
– Futbol oynamaq üçün yaxşı kluba və ölkəyə gəlmişəm. Özümü xoşbəxt hiss edirəm. Daha yaxşı olacağına əminəm.
– Adrian Mutunun rəhbərliyi altında oynamaq necədir?
– Çox yaxşıdır. Biz onu tanıyırıq və bilirik. Belə bir insanla çalışmaq çox gözəldir.
CAVAD
