Dünya futbolu
Fati “Barselona”nın qərarını dəyişdirdi
İspaniyanın “Barselona” klubu futbolçusu Osman Dembele ilə bağlı qərarını dəyişib.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 23 yaşlı futbolçunu satmaq qərarından daşınıb.
Buna səbəb gənc hücumçu Ansu Fatinin uzun müddətə sıradan çıxmasıdır. Klub Fatinin yoxluğunda Dembelenin xidmətindən istifadə etmək niyyətindədir.
Daha əvvəl “Barselona”nın yanvarda Dembeleni satacağı bildirilirdi. 2017-ci ildən Kataloniya klubunda çıxış edən fransalı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”