Digər idman növləri
Finalçılar bəlli oldu
Kanadada keçirilən mötəbər tennis turniri sona yaxınlaşır. Yalnız “Böyük dəbilqə” seriyalı yarışlardan geri qalan “Masters” turnirində finalçılar bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Daniil Medvedevi məğlub etdikdən sonra avstraliyalı Aleks De Minaur ispan Alexandro Davidoviç-Fokinanı da mübarizədən kənarlaşdırıb – 6:1, 6:3.
Digər yarımfinal oyununda Yannik Sinner Tommi Polla qarşılaşıb. Ötən mərhələdə Karlos Alkaras üzərində qələbə qazanan Pol italiyalı tennisçi ilə bacarmayıb. Sinner iki setdə 6:4, 6:4 hesabı ilə qalib gəlib.
Yannik Sinnerin bu, karyerasında 3-cü “Masters” finalı olacaq. Final Aleks De Minaur üçün karyerasının ən yaxşı nəticəsidir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”