Dünya futbolu
Fitə basılan Neymar İspaniyaya getdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
PSJ-nin hücumçusu Neymar azarkeşlərin tənqidindən narazı qalıb.
Liqa 1-in son turunda keçirilən “Bordo” ilə matçda (3:0) PSJ azarkeşləri Lionel Messi və Neymar hər dəfə topa sahib olanda fit çalıblar. Bundan başqa, onların ünvanına təhqiramiz ifadələr də səsləndirilib. Neymarın matçda bir qol vurması belə, fanatların hirsini soyutmayıb.
Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, Neymar azarkeşlərin davranışından məyus olub.
Oyundan sonra 30 yaşlı futbolçu oğlunu və digər ailə üzvlərini ziyarət etmək üçün İspaniyaya – Barselonaya gedib.
PSJ ötən həftə Çempionlar Liqasının 1/8 final matçında “Real”a uduzaraq, mübarizəni dayandırıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək