Dünya futbolu
Fransa millisi Umtitini də itirdi
“Leççe”nin müdafiəçisi Samuel Umtiti İtaliya çempionatının 13-cü turunun “Udineze” ilə matçını (1:1) başa vura bilməyib.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı fransalı futbolçu görüşün 57-ci dəqiqəsində əvəzlənib.
Umtiti belindən zədə alıb. Onun üçün bu oyun yayda “Barselona”dan keçdiyi İtaliya klubunda üçüncü olub.
Fransa millisinin digər futbolçuları – Pol Poqba, Korentin Tolisso və Nqolo Kante də daha əvvəl zədələnmişdilər. Onlar 2022-ci ilin dünya çempionatını buraxa bilərlər.
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq