Dünya futbolu
Fransa yığması DÇ-2022-yə bu heyətlə yollanacaq
Futbol üzrə Fransa millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Heyətə bu il “Qızıl top”un qalibi olan, hazırda zədədən əziyyət çəkən Madrid “Real”ının hücumçusu Kərim Benzema da daxil edilib.
25 nəfərdən ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 6 yarımmüdafiəçi və 7 hücumçu yer alıb:
Qapıçılar: Alfons Areola (“Vest Hem”, İngiltərə), Uqo Loris (“Tottenhem”, İngiltərə), Stiv Mandanda (“Renn”);
Müdafiəçilər: Lukas Hernandes, Benjamin Pavar, Dayo Upamekano (hamısı “Bayern”, Almaniya), Teo Hernandes (“Milan”, İtaliya), Presnel Kimpembe (PSJ), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Uilyam Saliba (Arsenal, İngiltərə), Rafael Varan (Mançester Yunayted, İngiltərə);
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Orelyen Tçuameni (hər ikisi “Real”, İspaniya), Yussuf Fofana (“Monako”), Matteo Genduzi, Jordan Veretu (hər ikisi “Olimpik”, Marsel), Adrien Rabyo (“Yuventus”, İtaliya);
Hücumçular: Kinqsli Koman (“Bayern”, Almaniya), Usman Dembele (“Barselona”, İspaniya), Olivye Jiru (“Milan”, İtaliya), Antuan Qrizman (“Atletiko”, İspaniya), Kristofer Nkunku (“Leypsiq”, Almaniya), Kərim Benzema (“Real”, İspaniya), Kilian Mbappe (PSJ).
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq