Bizi izləyin

Milli komanda

Futbolda islahatların tək yolu prezidentin qəti addımından keçir

blank
blank

Nə qədər desən də ki, futbola münasibət bildirməyəsən, azarkeşlərin, xalqın hayqırtısını görüb biganə qalmaq olmur. Bilə-bilə ki, futbol(d)a olan mövcud yanaşma ilə heç nə dəyişən deyil. Bu, ümidsizlik deyil, dünənin, bu günün reallığıdır.

Azarkeşlərin haqlı etirazından, ara-sıra az sayda yazılan operativ təhlillərdən və ya təmkinli halda deyilən fikirlərdən başqa futbolda beyin xaosu hökm sürür, anarxiyadır. Məqsədli gedişlər, araqatmalar, yayındırıcı manevrlər… Azərbaycan futbolu düşdüyü bəladan qurtula bilmir…
Ölkə futbolunun potensialı heç də aşağı deyil. Xam məhsulu axtarıb tapıb, sistemli hala gətirib, cilalayıb, hazırlayıb, Avropa yolunu çəkəndən sonra meydana çıxarılır/çıxarıla bilər. Sadə müqayisə, təbii sərvətimiz, neft, qaz yolunun keçdiyi kimi. Futbol sərvətlərimiz də yetərincədir.
Hərə öz bacardığı işlə məşğul olmalıdır. Bu, inkişafın, nəticələrin təməl prinsipidir.

Nə şərait yaradılırsa yaradılsın, bacarıqlılar üzərində işlək mexanizm qurulmadan “xaric” səslər gələcək, xaricdə/evdə “cırtdan”lara da uduzulacaq. Məkrli, məğlub psixologiyalı cırtdan beyinlər heç vaxt əjdaha ola bilməzlər.

Lüksemburqla fiasko o qədər müzakirə edilib ki, təkrarçılığa ehtiyac yoxdur. Azərbaycanda futbol yoxdur, futbolu bilmirlər deyənlərə ən tutarlı cavabı hələ matç başlamamış start heyəti açıqlanandan dərhal sonra verildi…

Sosial media, şəbəkələrdə 7-dən 77-yə kimi 99% azarkeşlər, futbola yaxın-uzaq olanlar, jurnalistlər, mütəxəssislər heyətin yanlış qurulduğunu birmənalı olaraq dilə gətirdilər.
Müasir günümüzdə, məqsədli araqatanlar istisna, futbolu bu səviyyədə qavrayırlar ölkədə.
Azərbaycan futbolunda futbolu bilən, tələbkar, qalib ruhlu xalqımız qarşısında idarəçilərin, mütəxəssislərin, məşqçi, futbolçuların çalışması, çıxış etməsi elə də asan deyil. Milli mentallıqdan irəli gələn emosional durumu da əlavə etsək, bəzən tələbkarlıq müsbət mənada dözülməz həddə çatır.

De Byazi bir açıqlaması ilə özünü, Azərbaycan futbol idarəçiliyini qaldırıb çırpdı yerə. “Əlimin altında olan futbolçulara güvəndim, legioner futbolçular gec qatılmışdılar”. “Məntiq” fantan vurur. FİFA, UEFA-nın bəlli qaydaları var. Bu mövsümdən pis-yaxşı futbolçularımızın xarici klublarda sayı artıb, yaxşı da çıxış edirlər…

İndi nə edək, UEFA-ya müraciət edilsin ki, Azərbaycan futbolunun “inkişafı” naminə futbolçularımızın çıxış etdikləri ölkələrdə yığmaya görə çempionatlar dayandırılsın və ya klubların əsas heyət oyunçularını iki həftə öncə millinin düşərgəsinə göndərsinlər? Elə gec qatılanlar meydanda olanlara kömək edib oyunu nizamladılar, ikinci hissəni də qalib bitirdilər.
İllərdi futbolun, yığma başbilənlərinin ideyalarına uyğun çempionat qurban verilir. Uğursuz gedişlərlə nəyə nail olunub, Avropa, dünya finallarına çıxılıb? Bu, klublarda çalışan məşqçilərə qarşı illərdi edilən hörmətsizlikdir. Əksər məşqçilərimiz hər dəfə “milli naminə” deyib üstündən keçirlər.

Lüksemburqda həm milli məğlub oldu, həm də legioner futbolçularımıza mənəvi-psixoloji zərbə vuruldu. Bu münasibət təzə-təzə klublarına uyğunlaşan futbolçuları ehtiyata atmaqla karyeralarına, gələcək yığma, klub çıxışlarına mənfi təsir göstərə bilər. Hələ ki, olanımız onlardır, başqaları yoxdur.

Axtyamovlardan, ondan öncəkilərdən tutmuş eddilərə, almeydalara kimi millini “ağ günə” çıxaranlar, finallara “daşıyanlar” indi də 30 yaşlı ozobiçlərə, qurbanilərə bel bağlayıb Lüksemburq qarşısında rəzil olurlar.

“Gəncdilər”, nə yaşlıarı var, 35-ə püxtələşərlər…

Tez-tez təbliğat maşını arqumentlər səsləndirir: “Aparıcı futbol ölkələrində də milliləşdirilmişlər var”. Türkiyədə də vaxtilə vazkeçilməz Aurelio çıxış edirdi. Belələri İtaliya, Rusiya, digər millilərə az sayda nəticə üçün gətirilir, Lüksemburqa məğlub olmaq üçün yox. Millini qapılarını açıb bu qədər ucuzlaşdırılmamalıdır!

Tək De Byazi edir bunları? Bu proses illərdi davam edir və tükənmək bilmir. Azərbaycanda əsas futbol strategiyası bundan ibarətdir, bölgələrimizdə futbol olmasa da olar. Nə əcəb “Herta” Berlindən bir futbolçu tapıb məşhur “akademiyada” yetişdirildiyi elan edilməyib hələ…
Ölkə futbolunun dağıdıcı ideoloqları bəllidir. Hamısı məsuliyyət daşıyırlar. AFFA-da yüksək vəzifə daşıyan, Icraiyyə Komitəsi üzvləri olan futbol adamları da var. Son vaxtlar “çörək” məsələsi yenə dillər əzbəri olub: “Nə etsinlər, futbolda, klublarda olanlar çörəklərindən olmaq istəmirlər”. Hələ arada bizi də nümunə göstərirlər… Çörəyi verən Allahdır!

Biz nə etmişik ki?! Gecə-gündüz hər an ölümlə üz-üzə qalan igidlərimiz düşmən qarşısında, düşmən içində həftələrlə ac-susuz qəhrəmanlıqlar göstərdilər, şəhidlik zirvəsinə ucaldılar. Aralarında tribuna fanatları, azarkeşlər də yetərincə idi. Onlar yaşamaq istəmirdi, çörək dırdi çəkmirdilər?!

Futbolda susmaq, “çörək” dərdi çəkmək nə böyük “qəhrəmanlıq” imiş? Futbol meydanları ilə döyüş meydanları arasında psixoloji olaraq heç bir fərq yoxdur. Düşmənlər də Moskvanın göbəyində, Kiprdə düşmən bayraqları qarşısında yaşıl meydanlarda məğlub edilib, qovulub. Bunun üçün milli ruhlu liderlər, generallar öndə olmalıdır.

Lüksemburq müharibə gedə-gedə, sonra da, bu günə kimi də düşmənə dəstək verir. Onlara ən layiqli cavabı ölkə prezidenti zamanında verdi:”Azad etdiyimiz torpaqlar Lüksemburq ərazisindən dörd dəfə çoxdur, gedib işləri ilə məşğul olsunlar”! Yaşıl meydanda da “cırtdan” ölkəniin layiqli cavabı verilməli idi. Futbol “generalları” tərəfindən futbolun illiyinə kimi yeridildiyi məğlub psixologiya ilə bunlar olmur.

AFFA ictimai təşkilat, seçkili orqandır. Kağız üzərində belədir, reallıq isə fərqlidir. Dövlət qayğısı olmadan futbol inkişaf edə bilməz. Son 15 ildə maliyyə dəstəyi, qayğısı fantastik olub. Bu şəraitlə Azərbaycan millisi birmənalı olaraq Avropa və dünya çempionatlarının finallarına qatılmalı idi…

Azərbaycanda futbolun strategiyasını cızan, yol xəritəsini çəkən, ümumi futbolun inkişafına cavabdeh olan AFFA-dır. Bunlar federasiyanın nizamnaməsində açıq göstərilib. Qanunlarla yanaşı mənəvi tellər də önəmlidir. Mənəviyyat isə çoxdan unudulub….

Heç kim federasiyadan, ələ alınmış klublardan öz xoşu ilə getməyəcək. Əksinə, illərdi “donos”lar, futbolda sözünü deyənlər haqqında hesabatlar hazırlanır, “üsyankar”, “müxalifətçi” damğası vurulur. Futbolu bilməsələr də, bu işləri yaxşı bacarırlar. Nəinki futbolda, fərqli sahələrdə çalışan, futbola yaxın olan insanlara təzyiqlər edilir, onların işdən çıxarılması ilə bağlı “məsləhətlər” verilir…

Futbol çox pis ilişib. Futbolda islahatların tək yolu, prezidentin qəti addımından, sözündən keçir. Düşmən üzərində qələbə qazanan xalq, futbol meydanlarında da qalib olmalı, Avropa, dünya finallarında iştirak etməlidir. Bunu etmək, çətin də olsa, mümkündür! Əks halda Azərbaycan futbolunun yaxasından hələ çox yapışılacaq, kiçiklər qarşısında çox kiçiləcək…

TAHİR SÜLEYMANOV

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Ölkə kuboku2024-04-24 16:14

“Qəbələ” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Ölkə futbolu2024-04-24 14:14

Ramos “Neftçi”yə “Qarabağ”la rəqabət aparmağın yolunu göstərdi

blank
Dünya futbolu2024-04-24 13:57

19 illik dönəm bitir

blank
Digər idman növləri2024-04-24 13:38

MMA döyüşçülərindən üçünün həbs müddətini uzadıldı, biri azadlığa buraxıldı

blank
Digər idman növləri2024-04-24 13:20

Azərbaycan çempionatının ən yaxşı oyunçuları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-24 13:02

Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

blank
Digər idman növləri2024-04-24 12:44

İkinci finalçı da bəlli oldu

blank
Digər idman növləri2024-04-24 12:28

Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır

blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm