Ölkə futbolu
Gəncəlilər “Kəpəz”i “ev”də gözləyir
“Kəpəz” ev oyunlarını doğma şəhərdə keçirəcək. Artıq bu barədə qərar verilib və azarkeşlər səbrsizliklə növbəti turun “Neftçi” ilə oyununu gözləyir.
Peşəkar Futbol Liqası Gəncə şəhər stadionunun tribunalarının 1-ci yarusuna azarkeşlərin buraxılmasına icazə verib.
Düzdü, yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərti qoyulub. Lakin heç olmaasındansa bu da yaxşıdı.
Verilən qərar gəncəli futbol fanatlarının sevincinə səbəb oldu.Azarkeşlər ev oyunlarında komandalarına dəstək olacaqları günü səbrsizliklə gözləyir.
1995-96-cı illərdə Azərbaycan çempionatının bombardiri olan gəncəli futbol veteranı Fazil Pərvərov da “Kəpəz”in yenidən Gəncəyə qayıtmasına sevindiyini, ev oyunlarında Nizami yurdunun təmsilçisinin uğurlu nəticələr qazancağına inandığını bildirir.
Tribunaların 1-ci yarusundan başqa, hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular hazır vəziyyətə gətirilib, tələb olunan bütün şərait yaradılıb. İndi qalır mövsümdəki ilk ev oyununa bilet almaq.
BƏHRUZ MUSAYEV, Gəncə
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”