Digər
Gənclər və İdman Nazirliyində AMADA rəhbərliyi ilə görüş keçirilib
Gənclər və İdman Nazirliyində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi və mütəxəssisləri ilə görüş keçirilib.
Futbolinfo.az xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli idmanda dopinq nəzarətinin əhəmiyyəti, təmiz idman dəyərlərinin və ədalətli idman mühitinin qorunmasının vacibliyi, idman qurumları arasında əməkdaşlığın genişləndirilməsi, bu cür görüşlərin mütəmadi təşkilinin əhəmiyyətini qeyd edib.
Agentliyin direktor müavini Elnarə Rəsulzadə milli test proqramının formalaşması, risklərin hesablanması, həmçinin idman qurumları ilə məlumat mübadiləsinin əhəmiyyəti barədə məlumat verib.
İştirakçılar Gənclər və İdman Nazirliyinin, federasiyaların və AMADA-nın dopinq-lə mübarizə sahəsində birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq