Ölkə futbolu
“Gent”in daha 2 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent”in daha iki futbolçusu Belçikadakı cavab oyununu buraxa bilər.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hyulsager Azərbaycan çempionu ilə matçda olmaya bilər.
Okumu Bakıdakı ilk oyunda xəsarət alıb. Hyulsager isə Belçika çempionatının 26-cı turu çərçivəsində baş tutan “Louven”lə matçda sıradan çıxıb.
Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşmüşdü.
“Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub