Dünya futbolu
Giqqz millidən kənarlaşdırıldı
Futbol üzrə Uels milli komandasının baş məşqçisi Rayan Giqqz müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə Uels yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belçika və Çexiya ilə oyunlara Robert Peycin rəhbərliyi altında çıxacağı qeyd olunub. Giqqz bu komandanın Meksika ilə yoldaşlıq görüşündə də iştirak edə bilməyəcək.
Giqqz, 2020-ci ilin noyabrında rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. Lakin o, günahını boynuna almayıb. 46 yaşlı mütəxəssis dindirildikdən sonra araşdırma başa çatanadək girov müqavilində azadlığa buraxılıb.
Xatırladaq ki, Giqqz daha öncə ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda da komandadan kənarlaşdırılmışdı. Həmin görüşlərdə də yığmaya Peyc rəhbərlik etmişdi.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”