Ölkə futbolu
“Hər matç bizim üçün önəmlidir” – Elmar Baxşıyev
Türkiyədə təşkil olunan təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirən “Qəbələ” Rusiyanın “Orenburq” klubu ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev 1:1 hesabı ilə başa çatan qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:
“Boluda ikinci yoxlama görüşümüz idi. Üç gündən bir oyun keçiririk. Ağır qrafiklə hazırlıq keçdiyimizi bilirik. Futbolçular yüklənmə altında da istədiyimiz futbolu nümayiş etdirməyə çalışırlar. Bu da sevindiricidir. Bugünkü rəqibimiz yaxşı komanda idi. Rusiya Premyer Liqasında mübarizə aparan bir komanda ilə görüşdük. “Orenburq” toplanışı başa çatdırmaqda olduğu üçün rəqib oyunçular daha hazırlıqlı görünürdülər. Amma komandamız yaxşı oynadı. Rəqibdən çəkinmədi və öz oyun üslubumuzun üzərində dayandıq. Hər matç bizim üçün önəmlidir. Çünki komanda oyundan oyuna güvəni qaytaracaq və xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi