Ölkə futbolu
“Heç bir rəqibdən qorxmuruq” – Sabir Buqrin – VİDEO
“Zaman keçdikcə özümü daha çox evdəki kimi hiss edirəm, komandaya uyğunlaşıram. Ona görə bu cür çıxış edirəm”.
Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Sabir Buqrin “Keşlə”ni 4:3 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra klubun televiziyasına açıqlamasında deyib.
Təlim-məşq toplanışını dəyərlə Mərakeş əsilli belçikalı futbolçu hazırlıq prosesinin yaxşı keçdiyini bildirib: “Hamı özünü fiziki cəhətdən əla hiss edir. Komandada rəqabət var. İrəliləyiş nəzərə çarpır”.
25 yaşlı oyunçu Premyer Liqanın 14-cü turunda “Səbail”lə keçirəcəkləri matça da toxunub: “Digər oyunlara necə çıxmışıqsa, bu dəfə də belə olacaq. Öz oyunumuzu göstərəcəyik. Heç bir rəqibdən qorxmuruq. Əlimizdən gələni edəcəyik. Necə olacağını isə oyun göstərəcək”.
Qeyd edək ki, “Neftçi” yanvarın 21-də “Səbail”in qonağı olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib