Ölkə kuboku
Heç-heçəsiz yarımfinal
Azərbaycan Kubokunda yarımfinal mərhələsi başa çatıb.
Futbolinfo.az xəbər verir ki, keçirilən 4 oyunda heç-heçə qeydə alınmayıb. “Neftçi” və “Turan Tovuz”un duellərində tərəflər evdə (0:1, 2:0) qalib gəlibsə, “Qəbələ” “Səbail”i hər iki matçda (3:2, 1:0) məğlub edib.
Kubok qazanmağa iddialı komandaların mübarizə apardığı yarımfinalda heç-heçənin olmaması son 14 mövsümdə ilk dəfə qeydə alınır. Belə hadisə sonuncu dəfə 2008/09 mövsümündə yaşanıb.
Həmin vaxt “Qarabağ” “Bakı”nı iki dəfə məğlub edib (2:1, 2:1), “İnter”lə “Qəbələ” isə ev oyunlarında (5:0, 0:2) qalib gəlib. Sonrakı mövsümlərdə yarımfinalda ən azı bir matç sülhlə tamamlanıb.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə yarımfinal cütləri müəyyənləşsə də, qarşılaşmalar baş tutmayıb.
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu
- Milli komanda2024-04-26 17:54
Millimizin təlim-məşq toplanışı olacaq