Dünya futbolu
İbrahimoviç 100-ə çatdı
“Milan” İtaliya A Seriyasının 33-cü turunda “Parma”nı məğlub edib.
Futbolinfo.az xəbər verir ki, 3:1 hesabıyla bitən qarşılaşma “Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün yubileylə yadda qalıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, “Parma” ilə oyun İbrahimoviçin “Milan”dakı 100-cü matçı olub.
İbrahimoviç 2010-2012-ci illər aralığında da “Milan”da çıxış edib. Daha sonra PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” kimi komandaların formasını geyinən 38 yaşlı hücumçu, qış transfer pəncərəsi dövründə yenidən A Seriyası klubuna qayıdıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı