Bizi izləyin

Layihə

İdman uğurları ilə zəngin 20 il!

blank
blank

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Həmin tarixdən düz 20 il sonra ölkə prezidentimiz Xankəndi şəhərində Azərbaycanımızın bayrağını ucaltdı. Bütün bunlar cənab İlham Əliyevin keçirdiyi təmkinli siyasətin bəhrəsidir. Azərbaycan tələsmədən öz əzəmətini artıraraq uzun illər işğal altında olan torpaqları azad etmək gücünə malik bir dövlətə çevrildi.

Sadalananlar ölkə prezidentinin bu müddət ərzində, nə qədər çətin işlərin öhdəsindən gəlmək üçün səylə çalışdığından xəbər verir. Və bütün bu işlərlə yanaşı o, ölkə idmanını da diqqətdən kənarda saxlamır.

Hazırda Azərbaycan beynəlxalq olimpiya hərəkatının ən fəal üzvlərindən biridir. Bu fikri əminliklə dünyanın idman təşkilatlarının, beynəlxlaq olimpiya komitəsinin nümayəndələri səsləndirirlər. Ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı, olimpiya hərəkatının inkişafı üçün bilavasitə ölkə başçısı cənab İlham Əliyev tərəfindən görülən işlər sayəsində Azərbaycan dünyanın əsas idman mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizdə olimpiya hərəkatının geniş təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti nəticəsində başlamışdı.

blank

Məhz Ulu Öndərin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə idmançılar üçün şərait yaradılmış, onların bütün problemləri həll olunmuş, idmanın maddi-texniki bazasının yaxşılaşdırılması üçün mühüm işlər görülmüşdür. Heydər Əliyevin idmanın, eləcə də olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət və qayğını ölkə prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.

Hələ 1997-ci ildə idman ictimaiyyətinin yekdil rəyi ilə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra Azərbaycanda olimpiya hərəkatının inkişafında yeni mərhələ başlandı. Ölkədə idmana və idmançılara münasibət dəyişdi, onların bütün problemləri həll olundu. Yeni olimpiya komplekslərinin, müxtəlif idman qurğularının tikintisinə başlanıldı, müasir təlim-məşq bazaları idmançıların, ölkə gənclərinin ixtiyarına verildi. Əsas məqsəd idmanın ölkədə kütləviliyinə nail olmaq, Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışlarını təmin etmək idi. Təbii ki, görülən bu işlər tezliklə öz bəhrəsini verdi və idmançılarımız beynəlxalq arenada ciddi uğurlar qazanmağa başladılar.

Azərbaycan prezidenti İlham Əliyevin idman sahəsində gördüyü işlər təkcə idmançıların beynəlxalq yarışlarda qazandığı uğurlarla yekunlaşmırdı. Əsas məqsədlərdən biri dünya səviyyəli yarışları Azərbaycanda təşkil etməklə ölkəmizin bir idman təşkilatçısı kimi müsbət imicini formalaşdırmaq idi. Bu mənada tez bir zamanda beynəlxalq idman təşkilatları, xüsusilə də Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi və digər təşkilatlarla səmərəli iş sayəsində əlaqələr yaradıldı. Ardıcıl olaraq ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışların uğurla başa çatması sayəsində dünya idman ailəsində ölkəmizə qarşı müsbət bir fikir formalaşdı.

2015-ci il Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişafına göstərilən diqqətin təntənəsi kimi Bakı Birinci Avropa oyunlarını qəbul etdi. Tarixdə ilk dəfə təşkil olunan bu mötəbər idman yarışı məhz dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin uzun illərdir apardığı uğurlu siyasətin, səmərəli fəaliyyətin nəticəsi idi.

Yarışlardan 2 il yarım əvvəl Azərbaycan Avropa ölkələrinin yekdil səsverməsi nəticəsində Avropa oyunlarını təşkil etmək hüququ qazananda çoxları ölkəmizin hazırlıq üçün çox az vaxtı olduğunu bildirirdi. Ancaq Azərbaycan prezident cənab İlham Əliyevin qətiyyəti və yarışlara hazırlıq üçün bütün imkanları səfərbər etməsi nəticəsində bu işin öhdəsindən uğurla gəldi və Avropa Oyunları yüksək səviyyədə təşkil olundu.

blank

2 il yarım ərzində Azərbaycan Avropa Oyunlarına hazırlığı nəinki vaxtında başa çatdırdı, hətta bu hazırlıq əy yüksək səviyyədə həyata keçirildi. 17 gün davam edən yarışlarda Avropanın 51 ölkəsindən gəlmiş 6 mindən çox idmançı medallar uğrunda mübarizə apardı. Avropa Oyunlarında Azərbaycan idmançılarının yüksək səviyyəli çıxışı isə xüsusi qeyd olunmalıdır. Belə ki, atletlərimizin yarışlarda əldə etdiyi 21 qızıl, 15 gümüş və 20 bürünc medalla medal sayına görə yalnız Rusiya komandasından geri qalması onu göstərdi ki, Azərbaycan idmanı inkişafdadır və ölkəmiz fəxrlə Avropanın və dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilməkdədir.

Yarışlar zamanı ölkə başçısı dəstəyini idmançılarımızdan əsirgəmir və onların yanında olurdu. Təsadüfi deyil ki, idmançılarımızın Avropa oyunlarındakı ən parlaq qələbələri zamanı ölkə prezidenti bu uğurların bilavasitə canlı şahidi oldu və mükafatları şəxsən özü təqdim edərək bu tarixi anları onlarla birgə yaşadı, sevinclərini paylaşdı.

Azərbaycan idmançılarının uğurları Avropa Oyunlarına əlavə rəng qatdı. Daim ölkə idmançılarının yanında olan, öz dəstəyi ilə bu uğurların qazanılmasının əsas təkanverici qüvvəsi olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Avropa oyunlarından sonra idmançılarla görüşdü, onları bir daha təbrik etdi və mükafatlandırdı.

Avropa Oyunlarının təşkili İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə idmanın inkişafını əyani şəkildə göstərən nümunələrdən yalnız biridir. Bundan başqa, onlarla belə misallar çəkmək olar. Dünya səviyyəli Formula 1 yarışlarına ev sahibliyi edən Bakı planetimizdə bu hüquqa malik 22 şəhərdən biridir. 1 milyarddan çox auditoriyası olan Formula 1 həvəskarları üçün Bakı doğma şəhərlərdən biri sayılır.

blank

Misalları davam etdirərək futbol üzrə 2020-ci ilin Avropa çempionatını, 2019-cu il futbol üzrə Avropa Liqasının finalını, 17 yaşlı qızlardan ibarət yığmaların futbol üzrə dünya çempionatını, güləş, cüdo, boks, atıcılıq və digər idman növlərində ən böyük turnirlərin adlarını çəkə bilərik. Bütün bunlar son 20 ildə həyata keçirilən siyasətin bəhrəsidir.

Bu siyasətin ən sevindirici məqamlarından biri 20 illik fəaliyyətin qeyd olunan günündə Qarabağın bir neçə şəhərində qaldırılan bayraqlardır. Çoxumuzun xəyal belə edə bilmədiyi şeyləri cənab prezident bu gün bizə bəxş etdi. İnanırıq ki, idman azarkeşlərinin xəyalında canlanan, Xankəndi stadionunda idman tədbirləri də yaxın müddətdə çin olacaq.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Dünya futbolu2024-04-27 10:44

“Lester” Premyer Liqaya qayıtdı

blank
Dünya futbolu2024-04-27 10:25

Konte yenə baş məşqçi olacaq

blank
Dünya futbolu2024-04-27 10:04

Enzo Fernandes üçün mövsüm erkən bitdi

blank
Digər idman növləri2024-04-27 09:44

Daha 3 cüdoçumuz mübarizəyə başlayır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm