Dünya futbolu
İngiltərə klubu millimizin futbolçusunu istəyir
İngiltərənin “Koventri” klubu “Vulverhempton”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır.
Futbolinfo.az “Coventrytelegraph” nəşrinə istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.
Dadaşovun baş məşqçi Mark Robinsin diqqətində olduğu bildirilib.
Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?