Dünya futbolu
“İnter”in uğursuzluğunun günahkarları
“İnter”in ardıcıl uğursuzluqlarında hücumçularının da günahı var. Təsadüfi deyil, komandanın ön xətt oyunçuları ən zəif mövsümlərindən birini keçirir.
İtaliyalı həmkarlarımız Milan klubunun forvardlarının cari mövsümdəki çıxışının statistikasını təqdim edib. Lautaro Martines, Edin Ceko və Romelu Lukaku birlikdə cəmi 16 qol vurub ki, bu da çox pis göstərici sayılır.
Lautaro Martines: 23 oyun, 9 qol. O, son qolunu martın 5-də vurub.
Edin Ceko: 22 oyun, 2 qol. A Seriyasında sonuncu dəfə yanvarın 5-də fərqlənib.
Romelu Lukaku: 19 oyun, 5 qol: Penaltləri saymasaq, sonuncu dəfə ötən il avqustun 18-də toru silkələyib.
Jurnalistlər daim bombardir-hücumçuları ilə yadda qalmış “İnter”in Çempionlar Liqasından kənar düşmək perspektivini, daxili çempionatda uğursuz olmasını məhz bu amilə bağlayır.