Ölkə futbolu
İrəvanda meydana çıxan İsgəndərli: “Azarkeşlərdən yox, mühafizəçilərdən sıxıldım”
“Bilirdim ki, mənim üçün çətin oyun olacaq. Çünki həm mental olaraq, həm fiziki olaraq əziyyət çəkdim. Təzyiqin olacağı da bəlli idi. Hər şey gözlədiyim kimi oldu”.
Bunu futbolinfo.az-a açıqlamasında Albaniyanın “Eqnatiya” klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli deyib.
Forvard Konfrans Liqasının 1-ci mərhələsində Ermənistanın “Ararat” klubuna qarşı keçirdikləri matçdan və İrəvanda olmasından danışıb: “Səfərdən sərfəli nəticə ilə qayıtdıq. Öz meydanımızda qələbə üçün oynayacağıq. Matça baxanlar gördülər ki, bizim 100 faizli qol şanslarımız var idi. Amma rəqibdə bu cür imkanlar yaranmadı. Qollar vursaydıq, fərqli olardı”.
Hücumçu İrəvanda çox çətinlik çəkmədiyini, sadəcə mühafizəçilərə görə narahatçılıq keçirdiyini sözlərinə əlavə edib: “Mən azarkeşlərin təzyiqindən çox yanımdakı mühafizəçilərdən sıxılırdım. Çünki məşqə gedəndə belə onlar ətrafımda idi. Oyuna girəndə qeyri-etik ifadələr işlədirdilər. Hara getsəm, tribunadan fit səsləri gəlirdi. Fit səslərindən yox, qeyri-etik ifadələrdən narahat oldum. Bunlar gözlənilən şeylər idi. Sadəcə kaş ki, komanda ilə normal hazırlıq keçib sonra ora gedərdim. Formada olardım. Oyundan əvvəl də, sonra da heç bir problem olmadı”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO