Bizi izləyin

Ölkə futbolu

“İş adamlarına səslənirəm ki, “Kəpəz”i tək qoymasınlar”

blank
blank

“Kəpəz”in İdarə Heyətinin üzvü, millət vəkili Müşfiq Cəfərov klub saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir: 

 – “Kəpəz”in çempionatda sponsorsuz mübarizə aparması klubu digərlərindən fərqləndirir. Bilirik ki, əlavə maliyyə dəstəyinin tapılması ilə bağlı işlərdə siz də iştirak edirsiz. Amma hələlik müsbət nəticə yoxdur. Axtarışlardan nə gözləyirsiz?

– Bu gün “Kəpəz”in ən böyük problemi maliyyə ilə bağlıdır. Bütün komandalara dövlət tərəfindən müəyyən vəsait ayrılır. Bizim klubdan başqa bütün klubların həm də sponsoru var. Sponsordan gələn vəsait hesabına klublar saxlanılır. Yalnız “Kəpəz” sponsoru olmadan fəaliyyət göstərir ki, bu da çətinliklər yaradır. Çempionatda qalmaq üçün daha güclü oyunçulara, əlavə vəsaitə ehtiyac var. Keçən mövsümkü liqa ilə indiki arasında böyük fərq var, rəqabət aparmaq çətinləşib. Təbii ki, bu baxımdan da əlavə maliyyə dəstəyi olmadan çıxış etmək olduqca çətindir. Mən də klub rəhbərliyində təmsil olunan bir şəxs, millət vəkili kimi bu işlərə, axtarışlara cəlb olunmuşam. Gəncədə və Bakıda bir çox iş adamları, şirkət rəhbərləri ilə görüşmüşük. Təəssüflər olsun ki, hələlik bir nəticə yoxdur. Gəncənin özündə kifayət qədər imkanlı iş adamları, sahibkarlar var. Habelə Gəncədən olub Bakıda və ya ölkə xaricində yaşayan biznesmenlər var. Elə buradan iş adamlarına səslənirəm ki, “Kəpəz”i tək qoymasınlar. Bu klub hər birimiz üçün doğmadır. Komanda 2016-cı ildə avroliqaya vəsiqə qazananda hamımız çox sevindik. İndi də eyni hisləri yaşamaq üçün çalışmalıyıq. Bunun üçün kluba sponsor lazımdır. İstəyirik ki, bu yolda iş adamları dəstəklərini əsirgəməsinlər. Bu yöndə hər hansı bir təkliflə çıxış etmək istəyən şəxslər varsa, onlarla görüşməyə hazırıq. Gəlsinlər, bir yerdə müzakirə edək, təklifləri dinləyək. Biz tərəfdən nə lazımdırsa, etməyə hazırıq.  

– Klubumuzun stadion ilə bağlı ev oyunlarını Gəncədən kənarda keçirməsi xeyrimizə olmayan daha bir məqamdır. Amma bu problem dövlət başçısının müvafiq sərəncamı ilə həll olunur…

– Onu deyim ki, 2013-cü ildə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə rəis təyin olunduqdan sonra “Kəpəz” ilə yaxından maraqlanıb, klub ilə işləməyə başlamışam. Komanda üçün əlimdən nə gəlibsə, dəstək olmağa çalışmışam. Hər dövrün özünəməxsus problemləri olub. 2015-ci ildə “Kəpəz” elitaya çıxanda müxtəlif çətinliklər var idi. Amma çalışdıq ki, komanda liqada Gəncə adını layiqincə təmsil etsin. Çünki klubun böyük tarixi, ənənəsi var. Problemlər onda da var idi, indi də. Elə həmin dövrdə stadion ilə bağlı məsələ aktual olaraq qalırdı. Ot örtüyü sovet dövründən qalma idi. Premyer Liqa oyunları üçün tam yararlı deyildi. Maksimum çalışırdıq ki, azarkeş amilinə görə komanda ev oyunlarını Gəncədə keçirsin. Müəyyən bir vaxt keçdi, komanda yenidən tərk etdiyi elitaya döndü. Artıq ikinci mövsümdür ki, Premyer Liqada iştirak edir. Zaman-zaman müəyyən problemlər ortaya çıxır. Ot örtüyü ilə bağlı problem yarananda oyunlarımız Qəbələdə oldu. Stadionun qəzalı olması ilə bağlı vəziyyətə görə bir müddət oradan istifadəyə icazə verilmədi. Çox şükürlər olsun ki, cənab Prezident İlham Əliyev Gəncə azarkeşlərinin arzusunu reallaşdırdı. Şəhərin yeni stadionu olacaq. İnanırıq ki, yaxın vaxtlarda idman qurğusu tikilərək klubun və azarkeşlərin istifadəsinə veriləcək. Müasir arenanın olması futbola olan marağı da artıracaq. Gəncədə oyunlar azarkeş amilinə görə tam fərqli ab-havada keçirilir. Səmimi deyim ki, belə vəziyyət heç bir yerdə yoxdur. Gəncədəki oyunlar fanatlara görə Avropa stadionlarındakı oyunlar ilə müqayisə oluna bilər. Bu baxımdan da düşünürəm ki, inşa olunacaq arenanın futbolumuza yaxşı mənada böyük təsiri olacaq. Futbol akademiyası artıq hazırdır. AFFA tərəfindən ərazidə iki təbii və bir süni örtüklü meydan da salınıb. Bu gün klub bu infrastrukturdan yararlanır. Bu da tərəfimizdən yüksək qiymətləndirilir. Bu akademiya yaxın gələcəkdə Gəncə və Azərbaycan futbolu üçün böyük oyunçular yetişdirəcək.

– Uzun müddət klubun rəhbərliyində təmsil olunan şəxs kimi bir çox məşqçilər ilə işbirliyiniz olub. Sirr deyilsə, kiminlə işləmək daha rahat idi? 

– Son illərdə klubda çox məşqçi dəyişiklikləri olub. Bu mövsümün gedişində də baş məşqçi postunda əvəzləmə oldu. Mən şəxsən işlədiyim dövrdən Şahin Diniyevin, Yaşar Vahabzadənin, Azər Məmmədovun adını çəkərəm ki, komanda üçün əllərindən gələni etməyə çalışıblar. Mehriban kollektiv formalaşdırıblar. Bu sırada Adil Şükürovu da qeyd etməmək mümkün deyil. Bu futboldur, bəzən alınır, bəzən alınmır. Amma görünən odur ki, onlar klub üçün bütün işlərdə yaxşısını etməyə çalışıblar. Bu mütəxəssislərə zəhmətlərinə görə təşəkkürümü bildirirəm. Adil müəllim hazırda baş məşqçi postundadır. Çalışır ki, komanda elitanı tərk etməsin. Mən məşqçilər korpusuna inanıram. Onlar qarşıya qoyulan məqsədə çatacaqlar.

– Son iki mövsümdə Qəbələdə keçirilən Qərb derbilərini stadiondan izləmisiz. Hər iki halda ayağınız düşərli olub və komandamız qalib gəlib. Ümumiyyətlə, komandanın oyunu haqqında nə düşünürsüz?

– Komandanın bir çox oyunlarını tribunadan izləmişəm. Elə təsadüf gətirib ki, son iki ildə “Kəpəz”in ev sahibliyi etdiyi Qərb derbiləri Qəbələdə olub və hər iki oyunun canlı şahidi olmuşam. Çox şükürlər olsun ki, hər ikisində də komandamız qalib gəlib. Yaxşı bilirsiniz ki, futbolda derbi nə deməkdir. İşim ilə bağlı vaxt tapdıqca komandanın oyunlarını izləməyə gəlirəm. Tovuzda və Bakıdakı oyunlarda oluram. İdarə Heyətinin üzvü, millət vəkili olaraq komandanın yanında olmağımız vacibdir. Bu, futbolçulara stimul verir. Ayağım “Kəpəz”ə düşürsə, təbii ki, buna sevinirəm. Bundan sonra da bacardığım oyunlara gəlməyə çalışacam. Hər bir halda azarkeş kimi bizim klubun yanında olmağımız müsbət məqamdır. Onu deyə bilərəm ki, hazırda “Kəpəz” komanda oyunu nümayiş etdirir. Baxımlı oynayır. Bu da məşqçilərimizin adınadır. Meydandakı oyun, son nəticələr bizi olduqca sevindirir. 

– Müşfiq müəllim, millət vəkili kimi iclaslarda, tədbirlərdə olursuz. İnsanların problemləri ilə maraqlanırsız. Onları dinləyirsiz, həllinə çalışırsız. Üstəgəl, “Kəpəz”in problemləri. Bu, sizi yormur?

– Adamı iş yox, klub ətrafında olan söz-söhbət, dedi-qodu yorur. Hamını komandaya dəstək olmağa çağırıram. Bu gün klubun elitada qalması, irəli getməsi üçün dəstəyə, birliyə ehtiyac var. Müəyyən söz-söhbətlər heç də yaxşı hal deyil. Biz də imkan verməməliyik ki, belə şeylər olsun. Bunlara son qoymaq lazımdır. Məqsədimiz sponsorsuz olsa belə Premyer Liqada qalmaqdır. Bu vəzifəni yerinə yetirdikdən sonra inşallah, sponsor da taparaq daha böyük məqsədləri reallaşdırmağa çalışmalıyıq.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Premyer-liqa2024-04-18 13:14

İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

blank
Milli komanda2024-04-18 13:00

Millimiz İnkişaf turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 12:46

Muradlı liderliyi davam etdirir

blank
Digər idman növləri2024-04-18 12:31

Yığmamızın Polşa toplanışı başa çatdı

blank
Digər idman növləri2024-04-18 12:16

“Hədəfimiz çempionluqdur” – “Azərreyl”in kapitanı

blank
Digər idman növləri2024-04-18 12:00

Azərbaycan gimnastları Dünya Kubokunun finalında

blank
Digər idman növləri2024-04-18 11:47

MBA-da daha bir cütlük məlum oldu

blank
Digər idman növləri2024-04-18 11:30

MHL-də Şərq konfransının çempionu məlum oldu

blank
Müsahibə2024-04-18 11:11

Yusif üçün hər matç final olacaq: “Son saniyələrdə qələbəni əldən vermək üzücüdür”

blank
Dünya futbolu2024-04-18 10:54

Ronaldo məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-04-18 10:37

Nicat yenə uduzdu

blank
Dünya futbolu2024-04-18 10:20

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-18 10:02

Formula 1-in rəhbəri 25-ci mərhələnin mümkünlüyündən danışdı

blank
Ölkə futbolu2024-04-18 09:45

Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq

blank
Dünya futbolu2024-04-18 09:28

“Beşiktaş” Sərgən Yalçına təklif göndərməyəcək

blank
Dünya futbolu2024-04-18 09:09

“Fənərbaxça” “Olimpiakos”a qarşı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm