Ölkə futbolu
“İstəsələr, növbəti rəqibə 3 xalı da hədiyyə edək” – Raysel üçün “axmaq” qərar
“Çox axmaq qərardır. Baş məşqçimizə də 5 oyun cəza veriblər”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Nikolas Raysel deyib.
O, AFFA İntizam Komitəsinin “Sumqayıt”la matçda qırmızı vərəqə aldığına görə verilən cəzanı şərh edib: “Klubu öldürmək istəyirlər? İstəsələr, növbəti rəqibimizə 3 xalı da hədiyyə edə bilərlər”.
Raysel həmin epizodu bu cür şərh edib: “Həmin qalmaqal epizodunda rəqib futbolçu arxamca gələrək pis sözlər dedi. Aqressiv davranış göstərdi. Bu zaman mən sadəcə özümü qorudum. Bu halda niyə rəqibə də cəza verilmir? Ona heç bir cəza olmadan mənə belə ağır cəza veriblər. Əvvəlcə, onu deyim ki, hakim da səhv etdi. Bir çox hakimlərdən eşitdim ki, iki cəza verilirsə, hər iki futbolçuya eyni olmalıdır. İndi də mənə əlavə olaraq 4 oyun verirlər”.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”