Dünya futbolu
İtaliyada futbolçu oyun vaxtı vəfat etdi
İtaliyanın həvəskarlar liqasında çıxış edən “Kuincentole” klubunun futbolçusu Dimitri Roveri oyun vaxtı vəfat edib.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna Roverinin infarkt keçirməsi səbəb olub.
Bədbəxt hadisə “Kazalpolyo”ya qarşı keçirilən oyunda baş verib. Huşunu itirərək yerə yıxılan 27 yaşlı futbolçu dərhal Milan şəhərindəki “San-Raffaela” xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum futbolçu bir müddət əvvəl sentyabr ayında ata olacağını açıqlamışdı.
Roveri həm də qocalar evində bağban və təmizlikçi işləyirdi.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub