Ölkə futbolu
“Kəpəz”in qapıçısı: “Fanatlar bizə enerji verirdi”
“Biz məşqçinin oyun planını meydanda həyata keçirə bildik”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in qapıçısı Vladislav Vasilyuçek deyib.
Belaruslu çərçivə qoruyucusu Misli Premyer Liqasının 1-ci turunda “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışlb: “Müdafiədə yaxşı oynadıq. Fanatlar da bizə enerji verirdi. Matç istədiyimiz kimi nəticələndi. Biz hər matça qələbə üçün çıxacağıq. “Neftçi” çempionatın əsas favoritlərindən biridir. Amma bazar günü onlara qalib gəlmişik. Hər bir rəqib üzərində qələbə növbəti oyun üçün motivasiyadır”.
29 yaşlı qolkiper Azərbaycandakı hədəflərindən söz açıb: “Hər oyun komandama kömək etmək istəyirəm. Mümkün qədər yaxşı çıxış etmək niyyətim var. Burada yeniyəm və hələ ilk oyundan çempionat haqqında yaxşı fikirlər yarandı. Maraqlı komandalarla yüksək səviyyəsi olan liqadır”.