Dünya futbolu
Kan hücumçu axtarır
“Bayern”in idman direktoru Oliver Kan klubun yay planlarından danışıb. O, mövsüm bitdikdən sonra yen hücumçu axtarışına çıxacaqlarını deyib.
Futbolinfo.az xəbər verir ki, Kan mərkəz forvardına ehtiyac duyduqlarını gizlətməyib: “Robert Levandovskinin gedişindən sonra problemimiz yarandı. Bombardir hücumçuya ehtiyacımız var. Hazırda bu baxımdan vəziyyətimiz yaxşı deyil”.
Sabiq qapıçı cari mövsümün əvvəlində Erlinq Haalandı transfer etmək istədiklərini bildirib: “Amma norveçlinin qiyməti bizim üçün əlverişli deyildi. Sabit transfer siyasətimiz var, müəyyən həddləri aşa bilmərik”.
Kan adı komandayla yanaşı hallanan futbolçulardan da danışıb: “Harri Keyn və Randal Kolo Muani hazırda başqa komandaların oyunçularıdır. Bu səbəbdən onlarla bağlı heç nə deyə bilmərəm. Dəqiq olan yayda hücumçu transferi üçün ciddi işlər görəcəyimizdir. Namizədlərə baxırıq və qərar verəcəyik”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək