Ölkə futbolu
“Keşlə”nin legioneri təcili xəstəxanaya yerləşdirildi
“Keşlə”nin müdafiəçisi Miyusko Boyoviç Bakıda xəstəxanaya yerləşdirilib.
Futbolinfo.az xəbər verir ki, koronavirusa yoluxmuş monteneqrolu legionerin səhhəti dünən qəflətən pisləşib.
Nəfəs almaqda çətinlik çəkən futbolçu halsızlaşıb və təcili tibbi yardıma müraciət edib.
İlk müraciət olunan klinika bütün palataların dolmasını əsas gətirərək, onu qəbul etməyə razılaşmayıb.
Daha sonra klub rəhbərliyi ilə səfirliyin nümayəndələri işə qarışıb və Boyoviçi başqa bir xəstəxanaya yerləşdirmək mümkün olub.
Müayinə zamanı adıçəkilən oyunçunun xəstəliyinin kəskinləşməsi üzə çıxıb. Belə ki. onun ağ ciyərində “buzlaşma”nın faizi xeyli artıb. Balkanlı legionerin ən azı 8 həftə xəstəxanada qalması razılaşdırılb. (Sportinfo)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…