Dünya futbolu
Klubdan qovula bilər – Fələstinə dəstəyə görə
Fransada Fələstinə dəstək verən müsəlman futbolçunun klubdan uzaqlaşdırılması mümkündür. Bunun üçün çoxsaylı çağırışlar var.
Futbolinfo.az xəbər verir ki, “Nitsa”nın əlcəzairli müdafiəçisi Youssef Atal belə təhlükə ilə üz-üzədir. Onun sosial şəbəkədə Fələstini müdafiə edən paylaşımları və “Fələstinə azadlıq” çağırışı Fransada etirazla qarşılanıb. Fransa mətbuatı futbolçunun ərəbləri və müsəlmanları Qəzza olaylarına görə etiraza çağıran videonu yaymasını da tirajlayır.
Bunun ardından Nitsa bələdiyyəsi futbolçunun hərəkətləri üçün üzr istəməyəcəyi halda klubdan qovulmasını tələb edib. Klubun qərarı maraqla gözlənilir.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”