Digər idman növləri
Komandası Alonso ilə bağlı məlumat yaydı
İkiqat dünya çempionu və “Aston Martin”in sürücüsü, ispaniyalı Fernando Alonso nəticələrin aşağı düşməsi və rəhbərlikdə mümkün dəyişikliyə baxmayaraq, komandanı tərk etməyəcək. Bu barədə “Aston Martin Formula 1 News” məlumat verib.
“Fernando Alonso “Aston Martin”i tərk etmək, karyerasını bitirmək və ya “Red Bull”a keçmək niyyətində deyil”, – deyə komandadakı mənbələrdən məlumat verilib. Onların sözlərinə görə, bu şayiələr reytinq qazanmaq xatirinə bəzi jurnalistlərin uydurmasıdır.
“Alonso bütün diqqətini “Aston Martin” üzərində cəmləyib. Məlumat etibarlıdır. Bu şayiələrdə həqiqət yoxdur”, – deyə qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl müsahibələrin birində Alonso “Aston Martin” bolidini tənqid etmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub