Dünya futbolu
Kuluşevskidən məşqçisinə tərif
Deyan Kuluşevski Ange Postekoqlounu tərifləyib. “Tottenhem”in isveçli yarımmüdafiəçisi bu yay komandaya baş məşqçi təyin olunan mütəxəssisdən tam razıdır.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı oyunçu məşqçini təkcə futboluna görə bəyənmir: “O, həm mükəmməl məşqçi, həm də insandır. Bizə həyat hekayələrindən danışır, motivasiya verir”.
Kuluşevski komandanın uğurlu nəticələr qazanıb İngiltərə Premyer Liqasında lider olmasını bu amilə bağlayır: “Mövsümöncəsi hazırlıqda hər şey bəlli idi. Angenin məşqləri çox əyləncəli keçirdi. O, topla çalışmalar verir, müxtəlif şeylər düşünürdü. Bu üzdən indi rahat oynayır, rəqibə təzyiq edir, qol epizodları yaradırıq. Bir ailə kimiyik və hər şeydən zövq alırıq”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub