Digər idman növləri
“Kür”dən ardıcıl 4-cü qələbə
Həndbol üzrə Azərbaycan çempionatında 4-cü tur başa çatıb.
Futbolinfo.az xəbər verir ki, bu gün kişilərdə iki, qadınlarda isə bir oyun keçirilib.
Kişilərin çempionatında “Kür” ardıcıl 4-cü qələbəsini qazanıb. Lider komanda bu dəfə “Azəryol”u üstələyib. Müqavimətlə üzləşməsinə baxmayaraq, “Kür” rəqibini 32:25 hesabı ilə məğlub etməyi bacarıb.
“Qarabağ”la “Bakı”nın duelindən isə ikincilər üstün ayrılıblar. Kifayət qədər gərgin alınan qarşılaşmada rəqibinə 25:24 hesabı ilə qalib gələn “Bakı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Qadınların mübarizəsində isə liderlər qrupunda yer alan “Kür” autsayder “Gənclər Birliyi”nə heç bir şans verməyib – 49:15.
Qadınların liqasında turun əvvəlki oyunları dekabrın 2-də keçirilib. Həmin gün “Qarabağ” “İdman Akademiyası”nı (43:16), “Azəryol” isə “Bakı”nı (42:7) məğlub edib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq