Dünya futbolu
La Liqa klubu argentinalı futbolçu transfer etdi
Futbol üzrə Argentina yığmasının sabiq yarımmüdafiəçisi Pablo Pyatti yenidən İspaniyaya qayıdıb.
Futbolinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu “Elçe” klubuna transfer edilib.
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pyatti ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Karyerası ərzində İspaniyada “Valensiya”, “Almeriya” və “Espanyol”da çıxış edən Pyattinin son klubu ABŞ “Toronto”su olub. Yarımmüdafiəçi 2021-ci ilin yanvarından klubsuz idi.
Qeyd edək ki, Pyatti Argentina yığmasında da bir oyun keçirib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”