Dünya futbolu
La Liqa klubunda yeni müqavilə
İspaniyanın “Atletik” klubu müdafiəçisi Oskar de Markosla müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
31 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna qədər idi.
“Alaves”in yetirməsi olan ispan futbolçu 2009-cu ildən etibarən “Atletik”in uğurları üçün çalışır. O, Bilbao klubunun heyətində 410 oyun keçirib.
“Atletik” öz futbolçularından İniqo Kordobanı da La Liqanın digər təmsilçisi “Alaves”ə icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 23 yaşlı vinger mövsümün sonuna qədər sözügedən komandada çıxış edəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar