Dünya futbolu
Levandovski ilin, Ronaldo əsrin ən yaxşı futbolçusu elan olundu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Globe Soccer Awards” mükafatlarının təqdimat mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, mərasimdə Polşa yığmasının və “Bavariya”nın hücumçusu Robert Levandovski 2020-ci ilin futbolçusu, Münhen təmsilçisinin çalışdırıcısı Hansi Flik isə ilin məşqçisi elan olunub. “Bavariya” da ilin klubu seçilib.
“Globe Soccer Awards” əsrin ən yaxşılarını da elan edib. “Yuventus”un hücumçusu Kristiano Ronaldo 21-ci əsrin ən yaxşı futbolçusu elan olunub.
Hazırda İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Pep Qvardiola əsrin məşqçisi, İspaniya “Real”ı əsrin klubu, Jorje Mendeş əsrin futbol agenti seçilib. İker Kasilyas və Jerar Pike isə uğurlu karyera mükafatına layiq görülüb.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı