Dünya futbolu
Lionel Messi ilin futbolçusu seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Cənubi Amerika zonasında 2021-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ klubunda çıxış edən Argentina millisinin üzvü Lionel Messi layiq görülüb.
34 yaşlı oyunçu ən yaxşı pleymeyker nominasiyasında da qalib olub. Argentina yığmasından Lionel Skaloni ən yaxşı milli komanda baş məşqçisi, Braziliya “Flamenqo”sundan Renato Qauşo ən yaxşı klub baş məşqçisi olub.
Messinin yığmadakı komanda yoldaşı, İngiltərə “Aston Villa”sının şərəfini qoruyan Emiliano Martines ən yaxşı qapıçı seçilib. Venesuelalı Xesus Valensuela ən yaxşı hakim, İspaniyanın “Real” klubunda çıxış edən braziliyalı Rodriqo isə ən yaxşı gənc oyunçu kimi fərqləndirilib.
Xatırladaq ki, Lionel Messi bir müddət öncə “France Football” nəşrinin “Qızıl top” mükafatına da layiq görülmüşdü. O, karyerasında 7-ci dəfə bu mükafatı qazanıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…