Bizi izləyin

Ölkə futbolu

Lippi, Malezani, Prandelli, Kapello – Mutu bu məşqçilərdən dərs alıb

blank
blank

Hər yaxşı futbolçudan yaxşı məşqçi olmur. Eləcə də hər yaxşı məşqçi keçmişdə yaxşı futbolçu olmayıb.

Tarix futbolçu olmayan məşqçilər də görüb. Amma bu iki komponenti özündə cəmləşdirən futbol adamları olub. Bu mənada keçmiş dövrdə birinci ağıla Yohan Kroyff gəlir. Daha sonra Frants Bekkenbauerin də adını çəkə bilərik. Tarixə boylanmalı olsaq, siyahını xeyli uzatmaq da olar. Müasir dövrdə də belələrini görmüşük. Məsələn, hazırda göz önündə Karlo Ançelotti, Zinəddin Zidan və ya Xosep Qvardiola dühaları canlanır.

Əslində, yaxşı futbolçu və yaxşı məşqçi komponentini Nizami Gəncəvinin “İsgəndərnamə” əsəri ilə də müqayisə etmək olar. Hər bir dahi futbolçu və ya dahi məşqçi öz dövrünün İsgəndəridir. Amma Nizami bu möhtəşəm əsərində İsgəndəri iki qəlibdə təsəvvür edir. Döyüşçü və sərkərdə İsgəndər “Şərəfnamə”də, müdrik İsgəndər isə “İqbalnamə”də öz təcəssümünü tapır.

Futbolda da belədir. Futbolçu kimi, “Şərəfnamə” yolunu gedənlər sonradan “İqbalnamə”yə düşə bilmir. Belələri bir növ yarımçıq İsgəndər olur. Amma məşqçiliyi də “tutuzduranlar” əsl iqbalını, yəni bəxt ulduzunu futbolçu karyerasını bitirəndən sonra tapır.

Bugünlərdə “Neftçi”yə gətirilən rumıniyalı mütəxəssis Adrian Mutu da hələ ki yarımçıq İsgəndər təsiri bağışlayır. Əslində, Mutunu təqdim etmək üçün bundan ideal giriş vermək mümkün deyildi. Çünki Rumıniya futbolunun ən istedadlı simalarından olan Adrianının “Şərəfnamə” yolu zəngin olub. “İnter”, “Çelsi”, “Yuventus” və “Fiorentina” kimi klublarda möhtəşəm oyunu və vurduğu qollarla adından söz etdirən məşhur rumıniyalı hücumçu hələ ki, məşqçilik karyerasında ciddi uğurlara imza ata bilməyib.

Bəlkə də gələcəkdə nəyəsə nail oldu. Amma 44 yaşlı mütəxəssis 2018-ci ildən bəri hələ də “toruna balıq”, yəni komandasının qarmağına kubok sala bilməyib. Ola bilsin, “Neftçi” bu mənada onun üçün ilk qapı olacaq. Amma bu qapını açana qədər rumıniyalı əfsanə 5 qapını örtüb. Bir az da dəqiqləşdirsək, ona qapını göstəriblər.

Doğrudur, Mutu “Rapid”i qoyub bura gəldi. Yəni, Buxarest klubunda onu istefaya göndərən olmamışdı. Hə, azarkeşlər komandaya titul qazandıra bilməyən məşqçini gedişini istəyirdilər. Amma rəhbərlik bu fikirdə deyildi. Bakıda onun “neftinin fontan vurub-vurmayacağı”nı zaman göstərəcək.

İndiki məqamda bizim işimiz Mutunun məşqçilik karyerasına nəzər salmaqdır. Amma buna qədər Adrianın hansı məşqçilərdən bəhrələndiyinə də diqqət ayırmaq pis olmazdı. Futbolçu keçmişi olan hər bir məşqçi nailiyyət əldə edirsə, oynadığı illərdə başçılığı altında oynadığı çalışdırıcılardan da nəsə götürür. Bəs, “Neftçi”nin baş məşqçisi kimlərdən nə əxz edib?

blank

Adrian peşəkar karyerasında Piteştinin “Arceş” klubunda başlasa da, öz ölkəsində məşhurluq zirvəsinə “Dinamo”da ucalıb.  Bu komandada məhz Kornel Dinu Adrianın istedadını cilalayaq onu əla bir hücumçuya çevirib. Onun başçılığı altında 1998/99  mövsümündə Mutu 17 oyuna 4 qol vursa da, 1999/2000 mövsümündə 25 oyuna 25 qolla Adrian “vulkan kimi püskürdü”. Nəticədə İtaliya nəhəngi “İnter” rumıniyalı istedadı Milana apardı. Amma Adrian bu komandada özünü göstərə bilmədi. Hər halda, italyanlar ondan nə 14 oyun, nə də 2 qol gözləyirdilər. Mutunun burada qazancı yalnız Marçello Lippinin başçılığı altında işləmək və ondan nəsə öyrənmək oldu.

Belədə “rütbəsi azaldılan” gənc futbolçu “Verona”ya üz tutdu. 2000/01 mövsümündə Atillio Perottinin başçılığı altında 27 oyuna 5 qol vurmağı bacardısa, növbəti “futbol ili”ndə Alberto Malezani Mutunu yenidən kəşf etdi. “Verona”dakı ikinci ilində Adrian 36 oyuna 12 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşdü.

2002/03 mövsümündə rumıniyalı “Parma”da peyda oldu. Bu klubda qəhrəmanımlz Çezare Prandellinin başçılığı altında 36 oyunda 22 qol və 12 məhsuldar ötürmə ilə İtaliyanı fəth etdi. Təkcə A Seriyasında Mutu 18 qol və 12 assistlə yadda qaldı. Bu göstəricidə o yalnız 24 qolla çempionatın bombardiri olmuş Kristian Vyeridən geri qaldı. Bir sözlə, Prandelli Mutunu əvvəlki səviyyəsinə qaldırdı.

Belədə Mutu növbəti mövsüm bir başqa italiyalı mütəxəssisin əlinin altına düşdü. Amma bu dəfə Appenin yarımadasında yox, Böyük Britaniyada. 2003/04 mövsümündə Adrian “Çelsi”də Klaudio Ranyerinin tələbəsinə çevrildi. İlk mövsümündə 36 oyuna 10 qol və 5 məhsuldar ötürmə elə də pis göstərici sayıla bilməz. Amma növbəti mövsüm Joze Mourinyo ilə işləmək ona böyük xoşbəxtlik gətirmədi. Mövsümün əvvəlində 2 oyuna 1 assistlə yadda qalsa da, sentyabrda kokain Mutunun “evini yıxdı”. Rumıniyalı futboldan 7 ay müddətinə kənarlaşdırıldı.

blank

Elə həmin ilin qışında Mutu “Yuventus”a keçdi. Yaya qədər gözlədi, 2005/06 mövsümündə Fabio Kapello Adriana həyat bəxş etdi. Onun başçılığı altında Mutu 45 oyunda meydana çıxdı və 11 qol və 8 məhsuldar ötürmə ilə yenidən diqqətləri öz üzərinə çəkdi. Mutu Kapellonun başçılığı altında İtaliyada iki dəfə çempionluq sevinci yaşasa da, “Kalçapoli” haqq-hesabı onun bütün qazandıqlarını sildi.

“Yuve”ylə B Seriyasına yollanmaq istəməyən Mutu “Parma”da onu ucaldan Çezare Prandellinin yanına getdi. Sevimli məşqçisinin rəhbərliyi altında rumın forvard 4 mövsümdə 123 oyuna 65 qol və 25 məhsuldar ötürmə ilə öz adından söz etdirdi. 2010/11 mövsümündə isə “Fio”da Prandellinin yerinə Sinişa Mihayloviç gəldi. Serbiyalı mütəxəssis ona faydalı olmağı tam olaraq öyrədə bilmədi (20 oyuna 4 qol və 2 assist).

2011/12 mövsümündə “Çezena”ya keçən adıçəkilən futbolçu 3 məşqçinin “dərslərində əyləşdi”. Marko Campaolo, Daniele Arriqoni və Mario Beretta Adriana yalnız 29 oyuna 8 qol vurmağı və 2 məhsuldar ötürmə etməyi “öyrətdi”. Daha İtaliyada qalmağın məhasız olduğunu görən Mutu 2012/13 mövsümündə “Ayaçço”ya üz tutdu. Fransada Aleks Dyupon və Alber Emonun “əlindən su içən” 34 yaşlı futbolçu 28 oyuna 11 qol vurdu. Növbəti mövsüm Fransada onun başının üstündə yenə də italiyalı məşqçilər (onlardan biri mənşəcə italiyalı idi) dayandı. Amma Fabritsio Ravanelli və Kristian Brakkoni Mutunu xoşbəxt edə bilmədi: 11 oyun 0 qol.

Bundan sonra Mutu “radarlar”dan itdi. Vətəninə qayıtdı, oradan Hindistana yola düşüb, sonradan yenidən Rumıniyaya döndü və 2016-cı ildə karyerasını başa vurdu.

Elə həmin il oktyabrın 12-dən növbəti ilin oktyabrın 10-na qədər Buxarest “Dinamo”sunun prezidenti oldu. Həmin vəzifədən gedəndən bir gün sonra Rumıniya millisinin baş skautu oldu və orada düz 6 ay fəaliyyət göstərdi. Bəlkə də ölkə klublarından birindən təklif gəlməsəydi, elə skaut kimi də “çörək pulu”nu qazanacaqdı. Amma “Voluntari” onu yoldan çıxartı. Bu klubla ili illik müqavilə imzalasa da, orada çox qala bilmədi. 14 komanda arasında sonda 10-cu yeri tutdular. Onun başçılığı altında 11 matça 4 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət təbii ki, uğursuz göstərici sayılmalıdır. Doğrudur,  “Voluntari”ni elitada saxladı: çünki pley-offda “Kindiya”ya (Tırqovişte) qalib gəldilər. Buna baxmayraq, direktorlar Şurası Mutunu istefaya göndərdi. “Voluntari” prezidenti bu qərarla razılaşmadığı üçün postunu tərk etdi.

2018-ci il iyulun 20-dən 2019-cu il dekabrın 31-nə qədər Qətərin “Əl-Vəhdə” klubunun əvəzedici komandasını çalışıran Mutu orada heç nəyə nail olmadı. Vətəninə qayıdan gənc mütəxəssis 2020-ci il yanvarın 14-dən 2021-ci il aprelin 30-na qədər Rumıniyanın 21 yaşlılardan ibarət millisinin baş məşqçisi oldu. Komanda onun başçılığı altında 7 oyun keçirdi və cəmi birində – Ukraynaya uduzdu. Digər matçlarda 3 qələbə, 3 heç-heçə qeydə alındı. Buna baxmayaraq, AÇ-2021-in seçmə mərhələsində məhz Ukraynanı qabaqlayaraq ikinci pilləni tutdular və final mərhələsinə vəsiqə qazandılar.

Düzdür, bu uğuru tamamilə Mutunun adına yazmaq düz deyil: seçmə turnirdə milliyə 10 oyundan yalnız son 4-də rəhbərlik etdi. AÇ-2021-də isə Niderland və Almaniya kimi güclü komandalarla bir qrupda onlarla birgə eyni sayda – 5 xal topladılar, amma əlavə göstəricilərə görə 3-cü yeri tutub, qrupda qaldılar.  Amma rumınlar həm Niderland, həm də Almaniyadan olan yaşıdları ilə heç-heçə oynamışdılar.

blank

Bundan sonra Mutu “Universitatya Krayova”nın baş məşqçisi oldu. Amma cəmi 4 ay ərzində (29 may 2021-dən 5 oktyabr 2021-ə qədər) burada 12 matça 3 qələbə, 3 heç-heçə, 6 məğlubiyyətlə fiasko yaşadı. Son 7 oyunda 4 məğlubiyyət, 2 heç-heçəyə görə Adrian istefaya göndərildi.

Qəhrəmanımız növbəti təklifi 5 ay gözləməli oldu. 2022-ci il martın 2-də “Rapid”in məşqçisi təyin edildi. Komanda ilk 7 matçında 7 qələbə qazandı, elitada qalmaq uğrunda 10 komandalıq qrupda mübarizə apardı. Sırf ordakı nəticələri görə 2-ci oldular – mümkün 27 xalın 19-nu qazandılar.

Mutunun “Rapid”i elə ilk mövsümdən etibarlı müdafiə ilə seçilməyə başladı. 10 oyunda buraxılan cəmi 7 top – özü də 6-sı son iki turda, artıq hər şey həll olunandan sonra. Başqa sözlə, 10 matçın 7-də qapısını toxunulmaz saxladılar.

Son mövsüm də komandanın müdafiəsini qabartmaq lazımdır – çempionatın əsas hissəsində 30 matçda buraxılan cəmi 26 top liqada ən yaxşı göstərici idi. Baxmayaraq ki, orada 5-ci yeri tutmuşdular. Ancaq hücum planında problemlər görünürdü. Vurulan cəmi 40 qolla komanda 5-ci göstəriciyə sahib oldu.

Maraqlıdır ki, sonda 6 komandanın mübarizə apardığı çempionluq qrupunda “Rapid” əksinə, ən çox top buraxan kollektiv oldu – 10 oyunda 20 qol. Bu səbəbdən də mövsümü elə 5-ci yerdə də bitirdilər.

Görək, Mutunu “Neftçi”də hansı aqibət gözləyəcək. “İqbalnamə”ni yazıb əsl İsgəndər olması ümidi ilə…

FƏRİD

Reklam

Reklam


blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Premyer-liqa2024-05-06 19:02

“Səbail” “Qəbələ”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm