Dünya futbolu
“Liverpul” yay transferini indidən həll etdi
“Liverpul” yayda reallaşdıracağı transferi indidən həll edib. Mersisaydlılar Mateuş Nunyeslə bütün detalları razılaşdırıb.
Futbolinfo.az xəbər verir ki, “Liverpul” portuqaliyalı yarımmüdafiəçinin yayda heyətinə qatacaq. “Vulverhempton” 44 milyon funt-sterlinq qarşılığında bu keçidə razılıq verib, ilkin anlaşma imzalanıb.
6 ay öncə Lissabon “Sportinq”indən 35 milyon avroya alınan 24 yaşlı yarımmüdafiəçi qısa müddətdə qiymətini xeyli qaldıra bilib. “Vulverhempton” da real təklifə “yox” deməyib. Tərəflər bütün məsələləri razılaşdırıb və yayda keçid tamamlanacaq. 5 illik müqavilə imzalayan Nunyes bir ili tamamlayan kimi İngiltərədə iş yerini dəyişəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO