Dünya futbolu
Lodi Madriddən ayrılır
Renan Lodi Fransaya gedir. “Atletiko”da istədiyi qədər oyun vaxtı qazana bilməyən cinah yarımmüdafiəçisi bu ölkədə oynayacaq.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı braziliyalısol cinah müdafiəçisi 2019-cu ildən Madriddədir. Ötən mövsümü icarə əsasında “Nottingem Forest”də keçirən oyunçu Marsel “Olimpik”indən dəvət alıb. İspaniya klubu üçillik müqaviləsi qalan Lodini 13 milyon avroya satmağa razılaşıb.
“Atletiko Paranense”dən 4 il öncə 21,5 milyon avroya transfer edilmiş Renana görə ziyana düşən madridlilər fransızlarla müqaviləyə bənd salıb. Belə ki, Lodi başqa kluba satılarsa, məbləğin 20 faizi “Atletiko”ya çatacaq.