Milli komanda
Lüksemburq – Azərbaycan: Mətbuat konfransı, açıq məşq
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də, saat 23:45-də “Josi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu ərəfəsində hər iki komandanın mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bu gün əvvəlcə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holtsun, sonra isə millimizi çalışdıran Canni De Byazinin mətbuat konfransı baş tutacaq. Son məşqlərə gəlincə, öncə yığmamız, sonra isə meydan sahibləri matça hazırlığı yekunlaşdıracaq.
Azərbaycan milli komandası
16 noyabr
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Lüksemburq milli komandası
16 noyabr
Saat 15:00. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək