Dünya futbolu
Lunin “Real”dakı durumundan məmnundur
Andrey Lunin “Real”ı tərk etmək istəmir. O, Tibo Kurtuanın əvəzləyicisi kimi qalmaqdan məmnundur.
Futbolinfo.az xəbər verir ki, 2018-ci ildə Luqansk “Zarya”sından Madrid klubuna keçən 23 yaşlı ukraynalı çox oynamaq şansı qazanmır. O, “Leqanes”, “Valyadolid” və “Ovyedo” kimi klublara icarəyə göndərilsə də, 2020-ci ildən “Real”da qalıb. Bununla belə, qapıçı durumundan məmnundur: “Artıq 3 ildir buradayam. Əsas heyətə düşmək ümidi ilə məşq edirəm, çalışıram. Zamanımı gözləyəcəm, harasa getməyə tələsmirəm. Ən yaxşı klubdayam, Madriddə əla atmosfer var”.
Lunin bir gün əsas qapıçı olacağına ümidlidir: “Hər bir futbolçu daim start heyətində meydana çıxmaq istər. Mən də istisna deyiləm və hazıram. Məşqlərdə dayanmıram, şans veriləndə özümü göstərməyə çalışacam. Baş məşqçi qərarını verəndə çağırışı qəbul etməyə hazır olmalıyam”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO