Digər
Məmmədov müavini göndərdi, Qayıbov əsəbləşdi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Gənclər və idman naziri Fərid Qayıbov özünə qarşı münasibətdən əsəbləşib. 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbirlərə AFFA-nın münasibəti onu özündən çıxarıb.
Belə ki, ötən günlərdə nazirlikdə müxtəlif federasiyaların nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Yalnız AFFA rəhbərliyi ən yüksək səviyyədə təmsil olunmayıb, qurumun icraçı vitse-prezidenti, eyni zamanda baş katibi olan Elxan Məmmədov tədbirə müavini Sərxan Hacıyevi göndərib. Bu münasibətdən qəzəblənən nazir qəzəbini ətrafındakılardan gizlədə bilməyib.
Qeyd edək ki, nazir təyin olunandan sonra ilk görüşünü Məmmədovla keçirən Qayıbov zaman keçdikcə onun necə bir adam olduğunu, mətbuatın haqlı tənqidlərinin yerində edildiyini anladı. Münasibətləri gündən-günə pisləşən bu iki məmurun artıq bir-birini görməyə gözü yoxdu. Elxan bəy idmanla bağlı bütün məsələlərin nazirin nəzarətinə keçməsindən narazıdı, müstəqil addımlar atmaq istəyir, Qayıbov isə buna razı deyil.
Beləliklə, soyuq müharibə başlayıb, sonda kimin “donacağını” zaman göstərəcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub